Ulduz aktyor yarışmada milyonçu oldu – FOTObackend

Ulduz aktyor yarışmada milyonçu oldu - FOTO

Hollivud ulduzu Ben Afflek bu dəfə aktyorluğu ilə deyil, bilik yarışmasındakı uğuru ilə gündəmə gəlib.

KONKRET.az xəbər verir ki, 53 yaşlı aktyor ABŞ-də yayımlanan və aparıcısı Cimmi Kimmel olan “Kim Milyoner Olmaq İstəyir?” verilişində iştirak edərək 1 milyon dollar qazanıb.

Ben Afflek “Jeopardy!” yarışmasının qalibi Ceymi Dinq ilə birlikdə final mərhələsinə yüksələrək həlledici sualı düzgün cavablandırıb. Şükran Günü münasibətilə ABŞ prezidentləri tərəfindən əfv edilən hinduşkalarla bağlı sualda Cimmi Kimmelin köməyi ilə doğru cavabı seçən cütlük baş mükafata sahib çıxıb.

Afflek qazandığı 1 milyon dolları 2010-cu ildə həmtəsisçisi olduğu Şərqi Konqo Təşəbbüsünə bağışlayacağını bildirib. Təşkilat Konqo Demokratik Respublikasının şərqində yaşayan insanların dəstəklənməsi istiqamətində fəaliyyət göstərir./yenisabah/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*