Ülfət Qurbanova vəzifə verildibackend

Ülfət Qurbanova vəzifə verildi

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

KONKRET.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktor vəzifəsi Ülfət Qurbanova həvalə olunub.

TƏBİB-in İcraçı direktorunun müşaviri Səkinə Sadıxova tərəfindən yeni direktor kollektivə təqdim olunub. Təqdimat mərasimində S.Sadıxova tibb müəssisəsinin xidmət keyfiyyətinin yüksəldilməsi, pasiyent məmnunluğunun təmin edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Ülfət Qurbanov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.

2001-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura təhsili alıb. 2002-ci ildən sözügedən tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, 2022-ci ildən isə direktorun müavini, baş həkim vəzifələrində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*