“Ürək əməliyyatı olacaqdım, balamı gözləyirdim” – “Mahir Ay Brat”ın anası danışdı – VİDEObackend

"Ürək əməliyyatı olacaqdım, balamı gözləyirdim" - “Mahir Ay Bratın anası danışdı - VİDEO

Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (“Mahir ay Brat”) cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

KONKRET.az musavat.com-a istinadən bildirir ki, hökmə əsasən, M.Qonşuyevə 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Azadlığa qovuşan meyxanaçı İTV-yə açıqlama verib:

“Çox sağolsunlar ki, məhkəmədə ədalətli qərar çıxartdılar. Sağolsunlar humanist addım atdılar”.

Meyxanaçının anası da, oğlunun evə gedəcəyindən sevindiyini bildirib:

“Allah hakimdən də, vəkildən də razı olsun. Sağolsunlar ki, balamı mənə təhvil verdilər. Ürəyimdən əməliyyat olacaqdım, balamı gözləyirdim. Şükürlər olsun Allahın birliyinə”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*