Urmiya gölü bərpa olmayıb – Ekoloqbackend

Urmiya gölü bərpa olmayıb - Ekoloq

Şərif Universiteti Urmiya gölünün bərpası layihəsini öz üzərində götürəndə göldə olan suyun miqdarı indikindən daha çox idi.

KONKRET.az xəbər verir ki, bunu İranın Şərif Universitetinin rektoru, ekoloq Məsud Təcrişi deyib.

“Həmin dövrdə çaylar və bəndlərdən Urmiya gölünə nəzərdə tutulan illik su payı buraxılırdı, indi isə bu dayandırılıb. Gölün ətrafında çox su aparan məhsullar əkilir və bu da ekoloji vəziyyətin ağırlaşmasında əhəmiyyətli dərəcədə rol oynayır”, – Təcrişi bildirib.

Ekoloq Urmiya gölünün bərpası ilə bağlı təbliğatların həqiqəti əks etdirmədiyinə işarə edib.

Qeyd edək ki, maksimum tutumu 32, orta tutumu isə 15 milyard kubmetr olan Urmiya gölündə hazırda suyun miqdarı 3.5 milyard kubmetrdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*