“Uşaqlar arasında yeni növ viruslar yayılır” – Pediatrbackend

"Uşaqlar arasında yeni növ viruslar yayılır" - Pediatr

Son günlər uşaqların arasında yeni növ virus yayılır. Xəstəlik yüksək hərarətlə, ürək bulanması və ishalla müşahidə olunur. 

KONKRET.az xəbər verir ki, həkim-pediatrların Turan-a bildirdiklərinə görə, son günlərdə xəstəxanalara bu simptomlarla müraciətin sayı bir neçə dəfə çoxalıb, hətta xəstəxanalara yerləşdirilən uşaqlar da var.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib ki, son zamanlarda uşaqlar arasında rast gəlinən hallar adenovirusdur:

“Bu üst tənəffüs yolunu tutan viruslardur. Virus yüksək hərarət, öncə quru, daha sonra isə bəlğəmli öskürəklə müşahidə olunur. 5-6 gündən sonra əlamətlər yavaş-yavaş azalır”.

Ekspertin sözlərinə görə, virus toplum xarakterlidir: “Yəni, uşaqlar bir-birləri ilə yaxın təmasda olanda hava-damcı yolu ilə ötürə bilirlər.

Bəzi hallarda gözlərdə konyuktivit, mədə-bağırsaqda narahatçılıq da müşahidə edilir. Virusun müalicəsi simptomatikdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*