ÜST-dən bədbin bəyanat: Koronavirus daha sürətlə yayılırbackend

ÜST-dən bədbin bəyanat: Koronavirus daha sürətlə yayılır

Ayrı-ayrı ölkələrdə əldə edilən irəliləyişə baxmayaraq, bütövlükdə dünya miqyasında COVID-19 pandemiyası daha sürətlə yayılmağa başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə keçirdiyi brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Bəzi ölkələr iqtisadiyyatı açarkən, sosial həyata qayıdarkən yoluxma hallarının artması ilə üzləşiblər. İnsanların əksəriyyəti virusa qarşı hələ də həssasdır. Virus üçün xeyli meydan qalır. Məsələnin hələ də sona çatmaması ağır gerçəklikdir. Ayrı-ayrı ölkələrdə irəliləyiş əldə edilsə də, dünya miqyasında pandemiya daha sürətlə yayılır”, – təşkilat rəhbəri vurğulayıb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*