ÜST meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan etdibackend

ÜST meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus meymunçiçəyi xəstəliyi ilə bağlı beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət elan edib.

KONKRET.az xəbər verir ki, Qebreyesus müvafiq qərarın qəbul edildiyini şənbə günü keçirdiyi brifinqdə açıqlayıb.

ÜST rəhbərinin sözlərinə görə, epidemiya hazırda riskin yüksək olduğu Avropa istisna olmaqla, bütün dünyada orta risk yaradır.

Məlumata görə, indiyədək dünyada 16 mindən çox meymunçiçəyinə yoluxma halı müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*