ÜST Rusiyadakı bütün fəaliyyətini dayandırır. Təşkilatın Moskvadakı ofisi bağlana bilər.
KONKRET.az bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Mayın 10-da Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanı ÜST-dən demək olar ki, tamamilə təcrid edəcək qətnaməni dəstəkləyib . Bu sənədin layihəsini Ukrayna təqdim edib.
Bu qərar nəticəsində ÜST ofisinin Moskvadan köçürülməsi imkanlarını nəzərdən keçirəcək, həmçinin Rusiya Federasiyasında seminarlar, konfranslar və digər tədbirlərdən imtina edəcək.