Üzeyir Hacıbəylinin anadan olmasından 137 il ötürbackend

Üzeyir Hacıbəylinin anadan olmasından 137 il ötür

Bu gün dahi Azərbaycan bəstəkarı, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasından 137 il ötür.

KONKRET.az xəbər verir ki, Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də dünyaya göz açıb.

Bu tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.

Lakin Ermənistanın silahlı qüvvələrinin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində hərbçilərimizin şəhid olması ilə əlaqədar Milli Musiqi Günü, habelə digər tədbirlər təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*