“Uzun müddət qol şansları əldə edə bilmədik” – “Viktoriya”nın futbolçusubackend

"Uzun müddət qol şansları əldə edə bilmədik” - “Viktoriya”nın futbolçusu

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Viktoriya”nın (Plzen) futbolçusu Tomas Xorıy Çexiya çempionatının 3-cü turunda “Qradets-Kralove”ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

KONKRET.az xəbər verir ki, komandasının ilk qolunun müəllifi olan hücumçu deyib:

“Çox çətin matç oldu. İlk hissədə yaxşı oynadıq, hətta qol da vurduq, lakin hissənin sonunda rəqibin bərabərlik qolu bizi bir qədər geri saldı. Sonra uzun müddət qol şansları əldə edə bilmədik. Davamlı təzyiq yaratdıq və yekunda qol vurduq”.

Xorıy “Viktoriya”nın bütün turnirlərdə rəqabət apara biləcək geniş heyətə malik olduğunu söyləyib:

“İndiyə qədər yaxşı hazırlaşırıq və irəliləyiş əldə edirik. Liqa və Avropa üçün əsas heyəti təşkil edəcək kifayət qədər keyfiyyətli oyunçularımız var. İnanıram ki, hər iki yarışa yaxşı hazırlaşmışıq”.

Xatırladaq ki, “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*