Üzünə “kislota” atıb onu kor edən adama ərə getdi – FOTOLARbackend

Üzünə "kislota" atıb onu kor edən adama ərə getdi - FOTOLAR

2019-cu ilin yanvarında sevgilisi Casim Ozan Çeltik tərəfindən üzü “kislota” ilə yandırılan Berfin Özek onunla barışaraq ailə qurub.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, üzü tamamilə yanan və bir gözü görməyən Berfin hadisəni törədən sevgilisini bağışlayaraq onunla nikah masasına əyləşib. “Qəsdən yaralama” maddəsi üzrə 13 il 6 ay həbs cəzası olan Ozan daha sonra Berfin tərəfindən bağışlanılmış və azadlığa buraxılmışdı.

Qeyd edək ki, hadisə İskenderunda baş vermişdi. Ozan Berfinin üzünə 1,5 litr “kislota” tökmüşdü. Berfin müsahibələrində sonadək mübarizə apacağını, onu heç vaxt bağışlamayacağını desə də, daha sonra fikrindən daşınıb. Berfinin Ozanla ailə qurmasına etiraz edənlərlə yanaşı, sosial şəbəkələrdə dəstək verənlər də olub.






Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*