Vahe Qasparyan Solovyova cavab verdi: “Həqiqəti demişəm” – VİDEObackend

Vahe Qasparyan Solovyova cavab verdi: "Həqiqəti demişəm" - VİDEO

Vahe Qasparyan rusiyalı jurnalist Vladimir Solovyova cavab verib.

KONKRET.az xəbər verir ki, bir neçə gün öncə Ermənistanın paytaxtı İrəvanda Rusiya əleyhinə mitinq keçirilib. Həmin mitinqdə “Sasna Çrer” qruplaşmasından olan  Vahe Qasparyan Rusiya əleyhinə sərt çıxış və çağırışlar edib. Bundan qəzəblənən ermənipərəst teleaparıcı Solovyov Ermənistan hökumətini Qasparyan barədə sərt tədbirlər görməyə, hətta həbs etməyə çağırıb.

Vahe Qasparyan Solovyovun cavabını gecikdirməyib və Rusiyanın Ermənistana necə xəyanət etdiyini sübuta yetirib. Qasparyan Rusiyanın xəyanətinin üzə deyilməsinin gec də olsa vaxtı çatdığını və bunun acı həqiqət olduğunu deyib. Rusiyada həqiqəti söyləyənlərin təqib olunduğunu deyən Qasparyan Paşinyanı Rusiyanın köləsi adlandırıb və onun vasitəsi ilə özünün də cəzalandırılmasının sifariş edildiyini vurğulayıb.

O, Solovyovun və digərlərinin diqqətinə artıq senzuranın çar dövründə qaldığını deyərək, həqiqəti söyləməkdən peşman olmadığını qeyd edib. Ermənistanın Rusiyadan asılı olsa da, azca olsa müstəqil olduğunu bildirib. Ermənistanda söz azadlğının olduğunu və onun da bu hüquqdan istifadə etdiyini vurğulayan Qasparyan dediklərinin yalan olmadığını, olanların az bir hissəsini söylədiyini vurğulayıb.

Rus-erməni münasibətlərinin həmişə yalan üzərində qurulduğunu və çar Rusiyasının xarici işlər naziri olmuş Lobanov Rostovskinin “Ermənistan bizə ermənilərsiz lazımdır” sözlərini təkrarlayıb. M.Lermontovun şeirindən misraları təkrar söyləyib.

Daha sonra o, Rusiyada sosial-iqtisadi vəziyyətin heç də yaxşı olmadığını, rusiyalıların yaxşı yaşamadıqlarını, hökumətdən narazı olduqlarını  Solovyovun nəzərinə çatdırıb.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*