Vahid Hacıyev: Planlaşdırmadan öncə keçmiş məcburi köçkünlərin rəyləri nəzərə alınırbackend

Vahid Hacıyev: Planlaşdırmadan öncə keçmiş məcburi köçkünlərin rəyləri nəzərə alınır

Biz illərlə həmin ərazilərdə yaşamış məcburi köçkünlərlə tikinti və planlaşdırma mərhələsində görüşüb, onların fikirlərini öyrənirdik.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Urbisiddən Dirçəlişə: Azərbaycanın Azad Olunmuş Ərazilərində Dayanıqlı Yenidənqurma, Yenidən Məskunlaşma və İnkişaf” adlı tədbirdə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, yəni planlaşdırma prosesi başlamazdan öncə belə onların rəyləri nəzərə alınır: “İnsanlar geri qayıtdıqdan sonra isə biz artıq birlikdə işləyirik və gündəlik ünsiyyətdə oluruq. Onların rəyi bizim üçün çox önəmlidir və daim nəzərə alınır. Lakin bu da kifayət deyil. İnsanlar geri qayıtdıqdan sonra həmin əraziləri özləri daha da inkişaf etdirəcək, daha gözəl və daha canlı edəcəklər. Çünki əsl inkişaf məhz insanların öz iştirakı ilə formalaşır. Bu gün də Soltanlı və digər yaşayış məntəqələrində məhz bu yanaşma ilə – sakinlərlə koordinasiyalı şəkildə, onların ehtiyac və təkliflərini nəzərə alaraq işləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*