Vanetsyan: “Paşinyan baş nazir kürsüsündə saxta və siyasi bir cəsəddir”backend

Vanetsyan: "Paşinyan baş nazir kürsüsündə saxta və siyasi bir cəsəddir"

“Paşinyan Ermənistanı dünyadan təcrid etmək siyasətini yürütdü və nəticədə beynəlxalq münasibətlər subyektindən xaric bir obyekt olduq. Bu gün Əliyev və Ərdoğan Ermənistan üzərindən çəkiləcək tranzit yollardan danışarkən Paşinyan onlara cavab verməyə cəsarət etmir”.

KONKRET.az xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan Azadlıq meydanında keçirilən mitinq zamanı deyib.

Vanetsyan əlavə edib ki, “Hazırda Ermənistanın Baş naziri kürsüsündə bir siyasi cəsədimiz var. Bu şəxs siyasi olaraq ölüdür. Bu siyasi cəsəd dövlətin məğlubiyyətində böyük rol oynadı. Nikol Paşinyan davamlı olaraq həqiqi dövləti məhv etdi və bunun əvəzinə sərhədlərini qorumağa ehtiyac olmadığı bir virtual vətən yaratdı. Anarxiya və xaos virtual reallıqdan gerçəkliyə köçdü”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*