Vanqa: “Putinə sui-qəsd olacaq, Tramp ağır xəstəliyə tutulacaq”backend

Vanqa: "Putinə sui-qəsd olacaq, Tramp ağır xəstəliyə tutulacaq"

Məşhur bolqar görücü Vanqanın ölümündən 24 ilə qədər vaxt keçir. Amma hələ də onun proqnozları müzakirə olunur.

Konkret.az xəbər verir ki, Vanqa 11 sentyabr hadisəsini, İŞİD-in yaradılmasını, “Brexit” məsələsini əvvəldən söyləyə bilmişdi. Onun ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin haqqında da proqnozları olub.

Vanqa Putinin sonunun yaxşı gəlməyəcəyini deyib. Bolqar görücü Rusiya prezidentinə sui-qəsd olunacağını bildirib. Guya mühafizəçilərdən biri xainlik edəcək. Amma Vanqa həmin epizodda Putinin ölüb-ölməyəcəyini dəqiq söyləməyib.

1911-ci ildə Makedoniyada doğulan Vanqeliya Pandeva Quşterova Tramp haqqında iddialı yazıb. ABŞ prezidentinin ağır xəstəliyə tutulacağı, eşitmə qabiliyyətini itirəcəyi gözlənilir. Vanqa Trampın 2020-ci ildə hakimiyyətdən gedəcəyini proqnozlaşdırıb.

Bolqar görücünün fikrincə, bu il Avropa iqtisadiyyatına da düşərli olmayacaq. Qadın hətta iddalı ifadə ilə dünyadan köçüb: Avropa iqtisadiyyatı çökəcək.

Vanqa bunları da yazıb: qatarlar günəş işığı ilə işləməyə başlayacaq, neftin populyarlığı itəcək, dünyanı 3 nəhəng idarə edəcək, qırmızı pulları olanlar planetə hökmünü göstərəcək. Hesab olunur ki, 3 nəhəng deyəndə Rusiya, Çin və Hindistan nəzərdə tutulur. Çin yuanının 100-lüyü, Rusiya rublunun 5000-liyi qırmızı rəngdədir.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*