Vardanyanın arvadı və qohumları Bakıya gəlir? – İrəvana mesajbackend

Vardanyanın arvadı və qohumları Bakıya gəlir? – İrəvana mesaj

Ruben Vardanyan həbsxanadan Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyana mesaj göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb.

O, qarşı tərəfdən Bakıya səfər etməsini xahiş edib.

“Bu yaxınlarda Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ilə görüşdüm. Söhbətimiz zamanı o qeyd etdi ki, artıq sizinlə Bakıya səfər etmək imkanını müzakirə edib.Azərbaycan tərəfi bunun təşkilinə töhfə verməyə hazır olduğunu bildirib. Lakin bu təşəbbüs hələ də həyata keçirilməyib.

Xahiş edirəm, sizin və lazım gələrsə, digər erməni əsirlərin qohumlarının Bakıya səfər etmə ehtimalını nəzərdən keçirəsiniz.  Həyat yoldaşım Veronika Zonabend Bakıya səfər etməyə hazırdır”, – deyə Vardanyan bildirib.

Qeyd edək ki, R.Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilərək 20 il müddətinə həbs edilib./globalinfoaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*