Vardazaryan hakimləri müxalifətin təzyiqlərinə boyun əyməməyə çağırdıbackend

Vardazaryan hakimləri müxalifətin təzyiqlərinə boyun əyməməyə çağırdı

Ermənistan Ali Məhkəməsinin sədri Ruben Vardazaryan bazar günü verdiyi açıqlamada respublika hakimlərini hakimiyyət və müxalifət dairələrinin təzyiqlərinə boyun əyməməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumatda deyilir ki, “Bazar günü İrəvanda bir neçə məhkəmə iclası keçirilib. Məhkəmədə Baş nazir Nikol Paşinyanın qətlinə hazırlaşmaqda günahlandırılan şəxslər üçün qabaqlayıcı tədbir alınması məsələsi nəzərdən keçirilib. Təqsirləndirilənlər arasında Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan və keçmiş hakim Respublika Partiyasının parlament fraksiyasının keçmiş rəhbəri Vaqram Baqdasaryan da var”.

Agentlik daha sonra yazır ki, Vardazaryan “Heç bir güc, müxalifət, siyasi dairələr və vətəndaş cəmiyyəti səlahiyyətlərimizə müdaxilə və təsir edə bilməz. Hər hansı bir müdaxilə mənim güclü müqavimətimlə qarşılaşacaq”, – deyə bildirib.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*