“Hərbi Sığorta Fondu 27 yanvar saat 18: 00-a qədər 1111-i son Artsax müharibəsində həlak olan hərbçilərin 1527 ailəsinə təzminat ödədi. Hal-hazırda fond Kamurj (Ən çox) proqramını da həyata keçirir. Proqrama əsasən artıq 66 ailə təzminat alır. Yaxın günlərdə daha 822 ailəyə təzminat veriləcək. Onlardan 43-ü əlil olma ehtimalı yüksək olan hərbi qulluqçulardır, 779-u itkin düşənlərin ailələridir”.
KONKRET.az xəbər verir ki, bunu “Panorama.am” müsahibəsində fondun direktoru Varujan Avetikyan deyib.
O əlavə edib ki, “Fondun qarşısında duran vəzifələr dəyişib. Minlərlə ölü, əlil, itkin düşmüş hərbçi, könüllü var. Dəqiq sayını deyə bilmərəm, ancaq təxminlərimə görə təxminən 7000-7500 iş olacaq, yəni fondda təxminən 30 min faydalanan olacaq. Fondun könüllüləri olaraq 8 milyard dram həcmində ianə təmin edə bilmişik. Lakin imkanlarımız tükənmək üzrədir. Çox təəssüf ki, pulumuz yoxdur, amma B planımız da yoxdur”.
Lətif,
KONKRET.az
