Vasif Məhərrəmli efirdə Xatirə İslamı söydü – VİDEObackend

Vasif Məhərrəmli efirdə Xatirə İslamı söydü - VİDEO

Əməkdar artist Vasif Məhərrəmli “Şou ATV” proqramında müzakirələrə səbəb olacaq addım atıb.

KONKRETAZ xəbər verir ki, həmkarı Xatirə İslamla qonaq olan ifaçı qeyri-etik ifadə səsləndirib.

Belə ki, Vasif sosial şəbəkədə Xatirə ilə sevgili olması barədə rəylər yazıldığını qeyd edib. Müzakirə zamanı X. İslam heç vaxt belə bir şeyin olmadığını bildirib və Vasifin yanından bir az uzaqlaşıb.

Bu zaman Əməkdar artist sənətçinin sözügedən addımına qeyri-etik ifadə ilə cavab verib.

Məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxlanılıb. O, kadrlarla tanış olduqdan sonra açıqlama yayacağını qeyd edib: “İndi texniki uzlaşdırma aparırıq, görək efirə gedib, ya yox. Yoxlayırıq”.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*