Vasif Talıbova nə olub? – Xüsusi nəzarətə götürüldübackend

Vasif Talıbova nə olub? - Xüsusi nəzarətə götürüldü

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikanın Mərkəzi Xəstəxanasını ziyarət edib.

KONKRET.az xəbər verir ki, Ovqat.com-un əldə etdiyi məlumata görə, ziyarətdən əvvəl xəstəxananın ətrafı xüsusi nəzarətə götürülüb.

Sədrin xəstəxanada kompüter müayinəsindən keçdiyi xəbər verilir.

Məlumatlara görə, Ali Məclisin bir çox əməkdaşlarında koronavirus yoluxması aşkarlanıb.

Vasif Talıbovun da məhz bu səbəbdən proflaktik yoxlamadan keçmiş ola biləcəyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*