backend

Vaşinqton dialoqundan dərhal sonra liderlərin Brüssel GÖRÜŞÜ: Sülh imzalanacaq? - AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Xarici işlər nazirlərinin Vaşinqton dialoqundan sonra liderlərin Brüsseldə baş tutacaq görüşünə ümidlər çox böyükdür. Belə ki, bir çox siyasi ekspertlər tərəflər arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımlar atılacağını proqnozlaşdırırlar. Bəs görəsən, görüşdə nələr müzakirə edilə bilər və gözləntilər nədir? Hansısa real nəticələr əldə oluna bilərmi?.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Əliyev və Paşinyan arasında keçiriləcək görüşün ana xəttini Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi təşkil edəcək: “Qarabağ məsələsində baş verən son proseslər, Ermənistanın sülh danışıqları masasına əyləşməsi və sair bu kimi mövzuların da müzakirəsi gözlənilir. Nəzərə almaq lazımdır ki, 4 günlük Vaşinqton görüşündən sonra xarici işlər nazirlərinin işi yekunlaşıb. Bu 4 gün müddətində bəzi məsələlərdə razılıqların olması haqda fikirlər səsləndirilir. Görünən odur ki, XİN başçılarının əldə etdiyi razılıqların davamı Brüsseldə liderlər səviyyəsində aparılacaq. Təbii ki, digər məsələlərin də liderlər səviyyəsində müzakirə ediləcəyinə şübhə yoxdur. Nəticə barədə də ictimaiyyətə məlumat veriləcək”.

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir”  | 1news.az | Xəbərlər

Politoloqun sözlərinə görə, indiki məqamda əsas müzakirə predmeti sülh prosesinə gedən yolda qarşıya çıxan maneələrin aradan qaldırılması olacaq: “Amma bu mövzularda razılığın əldə edilib-edilməyəcəyi proseslərin gedişində bilinəcək. Çünki burada Rusiya, İran, ABŞ və digər ölkələrin maraqları da mövcuddur. Hesab edirəm ki, Avropa Birliyinin bu məsələdə əsas məqsədi tərəflər arasında sülhün əldə olunmasını təmin etməkdir. Çünki Aİ-nin bu gün Azərbaycana, eləcə də bölgədə sülhün olmasına çox ciddi ehtiyacı var. Çünki onun enerji təminatında bölgə və Azərbaycan xüsusi rol oynayır. Bu baxımdan düşünürəm ki, müzakirə mövzusunun ana xəttini bölgəyə sülhün gəlməsi təşkil edəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*