ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton İran məsələsində Rusiya sisteminin mövqeyini bölüşmür.
KONKRET.az xəbər verir ki, ABŞ-ın baş diplomatı bildirib ki, kimsənin İrana nəsə təqdim etməsi Birləşmiş Ştatların özünü müdafiə etmək qabiliyyətinə heç bir şəkildə mane ola bilməz.
O qeyd edib ki, Putin və Rusiyanın Ukrayna müharibəsi və sanksiyaların iqtisadiyyata təsiri kimi kifayət qədər öz problemləri var.
Rubio vurğulayıb ki, əsas məqsəd İrana terrorizmi maliyyələşdirmək və nüvə silahı əldə etmək üçün vəsait əldə etməyə imkan verməməkdir.
Onun sözlərinə görə, heç bir ölkə İrana sanksiyalardan yan keçməkdə kömək etməməlidir, əks halda ABŞ həmin dövlətlərə qarşı da sanksiyalar tətbiq etməli olacaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az
