Vaşinqtonun hərbi planı regionu alovlandıra bilər: İran strateji boğazı bağlamağa hazırlaşırbackend

Vaşinqtonun hərbi planı regionu alovlandıra bilər: İran strateji boğazı bağlamağa hazırlaşır

ABŞ-ın İrana qarşı hava zərbələrini genişləndirməsi və ya quru əməliyyatına başlaması halında Tehran regiondakı cavab addımlarını sərtləşdirə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə hərbi ekspertlərin qiymətləndirmələrinə əsaslanan beynəlxalq mediada məlumat yayılıb.

Məlumata görə, belə bir ssenaridə İranın dəstəklədiyi qüvvələr, xüsusilə Yəməndəki husilər vasitəsilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmiçiliyin blokadaya alınması ehtimalı nəzərdən keçirilir. Analitiklər bildirirlər ki, bu marşrutun bağlanması dünya ticarəti və enerji bazarına ciddi təsir göstərə bilər.

Hazırda ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ilə bağlı yekun qərar verməyib. Bununla belə, Vaşinqtonun mümkün addımları regionda gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib.

Qeyd edək ki, son günlər İranla əlaqəli husi qüvvələrinin Qırmızı dəniz istiqamətində fəaliyyətini artırması Bab əl-Məndəb boğazının təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*