Vatikan Rusiya və Ukrayna arasında nizamlanma üzrə danışıqlar aparılacağı təqdirdə vasitəçilik etməyə hazır olacaq və öz ərazisini onlar üçün neytral yer kimi təklif edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb.
Qəzet qeyd edib ki, Vatikan bu mövqeyini oktyabrın 24-də Papa Fransisk və Emmanuel Makron arasında keçirilən görüşdən sonra səsləndirməyə başlayıb.
Bundan əlavə, pontifik Bəhreyndə bildirib ki, Vatikan həll yolları tapmağa çalışır.
“Vatikan Dövlət Katibliyi yaxşı işləyir. Biz yaxınlaşma üzərində işləyirik və həll yolları tapırıq”, – qəzet onun sözlərindən sitat gətirir.
“Vatikan Ukrayna probleminin həlli üçün diplomatik səyləri gücləndirir. Görünür, o, bir tərəfdən vasitəçi kimi çıxış edir, digər tərəfdən isə danışıqlar üçün neytral platforma kimi öz ərazisini təklif etməyə hazır olduğunu bildirir”, – məlumatda deyilir.
İqbal Rzayev,
KONKRET.az
