Vazgen Manukyana cinayət işi açıla bilər – SƏBƏBbackend

Vazgen Manukyana cinayət işi açıla bilər - SƏBƏB

“Lazım gələrsə, keçid dövründəki hökumətin baş naziri vəzifəsinə müxalifətdə olan Vətəni Qurtarma Hərəkatından vahid namizəd olan Vazgen Manukyan izahatlar vermək üçün polisə dəvət ediləcək”.

KONKRET.az xəbər veriri ki, bu barədə Ermənistan polis rəisinin müavini Ara Fidanyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı lazımi tədbirlər görüləcək. Xatırladaq ki, Vazgen Manukyan Ararat sakinləri ilə görüşü zamanı Ermənistan müxalifətinin konstitusiya ilə hakimiyyət dəyişikliyinin tərəfdarı olduğunu, lakin üsyana getməyə hazır olduqlarını söyləyib. Eyni zamanda qeyd edib ki, müxalifət hakimiyyəti ələ keçirmək qərarına gəlsə, bütün vasitələrdən istifadə edəcək. Məhz bu ifadələrə görə Manukyan hər an polis qarşısında cavab verə bilər.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*