Vegetarian qadınlar yaşlandıqca müxtəlif problemlərlə üzləşir – Araşdırmabackend

Vegetarian qadınlar yaşlandıqca müxtəlif problemlərlə üzləşir - Araşdırma

İngiltərədə aparılan araşdırma vegeterian qadınların yaşlarının irəlilədikcə müxtəlif problemlərlə üzləşəcəyini təyin edib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya əsasən, tərəvəz və meyvə yeyən vegetarian qadınların 40 yaşından sonra sağlamlıq problemlərinin daha yüksək olduğunu ortaya qoyulub.

26 000-dən çox qadının 22 illik məlumatı və sağlamlıq vəziyyətinin təhlil edildiyi araşdırmada vegetarian qadınların müntəzəm ət yeyən qadınlara nisbətən ombalarını sındırmaq və ya çatlama ehtimalının üç dəfə daha çox olduğu qənaətinə gəlinib. Araşdırmada vegetarian qadınların qidadan sümük və əzələ sağlamlığı üçün kifayət qədər dəstək ala bilmədikləri də qeyd edilib:

“Tədqiqat vegetarianların pəhrizlərini dəyişməsi ilə bağlı deyil. Amma qırmızı ət və ya balıq yeməsəniz belə bəzi vacib maddələri mütləq qəbul etmək lazımdır”.

“BMC Medicine”də nəşr olunan araşdırmada balanslaşdırılmış pəhrizin kritik əhəmiyyətə malik olduğu qeyd edilib. Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*