Vətəndaş yanğısı, yoxsa “mənəm-mənəmlik” hikkəsi?! – Rüstəmxanlı və Həsənquliyevlərin ikili oyunubackend

Vətəndaş yanğısı, yoxsa “mənəm-mənəmlik” hikkəsi?! - Rüstəmxanlı və Həsənquliyevlərin ikili oyunu

Günümüzün mövzusu intihar, günümüzün qəhrəmanları isə qazilərdir. İndi hamı qazilərin intiharından danışır. Hərənin də öz yanaşması var. Kimi obyektiv, kimisi də subyektiv fikir söyləyir. Deyilənlərin məcmusu isə deməyə əsas verir ki, qazilərin intiharı, nəhayət ki, cəmiyyəti silkələyib.

Lakin təəssüf ki, qazilərin intiharı bəzi pozucu qüvvələr üçün sanki bir fürsət yaradıb. İndi bəziləri hökuməti “yaş yuyub, quru sərir”. Özü də bunu elə adamlar deyir ki, onların imici ən pis məmurun imici qədər korlanıb. Götürək elə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Bütöv Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevi.

Bu iki başqan 35 ildir siyasət meydanındadır. 35 illik siyasi fəaliyyətlərində ən azı 25 ili parlamentdə, bir o qədəri də partiya sədrliyində keçib. Ən maraqlısı da odur ki, bu partiya sədrləri YAP-dan sonra Milli Məclisdə ən çox mandat qazanan siyasi institut rəhbəridir. Yəni bu iki şəxs müstəqil Azərbaycanın bütün maddi və mənəvi nemətlərindən bəhrələnən bəxtəvərlərdəndir. Biznes desən bunlarda, məmur qohum-əqrəba desən bunlarda. Dövlətdən ən çox qrant alan 3 partiyadan 2-si bunlarındır. Bir sözlə, bu iki şəxs son 30 illikdə “yağ içində böyrək kimi bəslənib”.

Məsələn, Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı haqqında kiçik araşdırma aparsaq, onun mal-mülkləri haqqında kifayət qədər geniş məlumatlar əldə edə bilərik. Artıq bir neçə gündür oğlunun bahalı avtomobil kolleksiyasının olması haqqında deyilən faktlar isə cəmiyyətdə ikrah hissi yaradır. “Azəryol” voleybol klubunun prezidenti kimi Cəmilin 10 YY 002, 99 AA 290, 10 OY 010 kimi bahalı avtomobillərinin şəkilləri məmur-oliqarx kimi necə dəbdəbəli yaşadığını əyani şəkildə sübut edir.

Qüdrət Həsənquliyevin isə biznes imkanlarından və var-dövlətindən yazsaq, gərək bir kitab nəşr etdirək.

İndi adamı yandıran odur ki, “siyasət oyunçuları” yenidən bu toz-dumandan öz məqsədləri üçün istifadə etməyə çalışırlar.

Onlar guya öz aləmlərində bu hakimiyyəti tənqid etməklə özlərini xalqa yanan kimi göstərirlər. Məntiqlə “Yağ içində böyrək kimi bəslənən” bu cütlüyü başa düşmək olmur. Bilmirsən ki, bunları danışdıran vətəndaş yanğısıdır, yoxsa “mənəm-mənəmlik” hikkəsi…

Amma bir az düşünəndə görürsən ki, yox, bunlarınkı sadəcə şəxsi iddia və gündəmdə olmaq istəyidir. Bunlar hər xırda məsələyə subyektiv yanaşmaları ilə özlərinə yeni-yeni tərəfdaş qazanmaq istəyirlər. Bir siyasətçi kimi əslində pis istək deyil. Amma az-çox siyasətdən başı çıxan insanlar başa düşür ki, bu cür çıxışlar siyasi alver predmetidir. Onlar hər çıxışları ilə iqtidardan daha çox imtiyaz qoparmaq istəyirlər. Çünki siyasət adamları bilir ki, hansısa məsələyə münasibət bildirməyin hüquqi və siyasi yolları var. Məsələn, götürək elə qazilərin intihar məsələsini.

Xalqını sevən əsl partiya lideri istənilən taleyüklü məsələdə ən zəruru addımlar atmalı, təkliflər paketi hazırlamalıdır. Bu təkliflər paketini isə hökumətə təqdim etməlidir. Buna qədər həmin təkliflər paketinin ictimai müzakirəsini keçirməlidir. Hələ qanunvericilik təşəbbüslərini demirik. Özünə hörmət edən və böyük hədəfləri olan siyasi partiyalar bir qayda olaraq qanunvericilik təşəbbüsü ilə çıxış edir.

Amma təəssüf ki, son 25 ildə Sabir Rüstəmxanlının və Qüdrət Həsənquliyevin partiyasının hansısa qanunvericilik təşəbbüsü ilə çıxış etdiyini nə görmüşük, nə də eşitmişik. Baxmayaraq ki, parlamentdə təmsil olunan ən böyük müxalif partiyalar məhz bu iki şəxsə məxsusdur. Amma hər iki başqan parlamentin plenar iclaslarında ən yaxşı halda cari məsələlərlə bağlı çıxış edirlər. Bu da konkret auditoriya üçün nəzərdə tutulan bəsit çıxışlardır. Vəssalam.

Necə ki, son günlər qazilərin intiharı ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Tənqid etməyə nə var ki,.. Oğul ona deyərik ki, “müharibə sindromu”nu qırmaq üçün bir proqram, bir sosial layihə hazırlasın. Və bu layihəni ən azından öz partiyadaşları ilə müzakirə etsin. Axı hər iki partiyanın tərkibində müxtəlif komissiyalar var. Bəs o komissiyalar nəylə məşğuldur?  Axı siyasi partiyaların funksiyası çoxşaxəli və genişdir. Və cəmiyyətdəki qlobal problemin həll yolları ilə bağlı hər bir partiyanın öz proqramı və məramnaməsi olmalıdır. Bəs Sabir bəylə, Qüdrət bəyin partiyaları niyə belə fəaliyyət proqramları hazırlamır?

Bu sualın iki cavabı var:

Ya bu partiyalarda hansısa proqram və yaxud layihə hazırlamaq bacarığı olan üzvlər yoxdur, ya da bu başqanlar iş görmək, cəmiyyətə xeyir vermək istəyindən çox-çox uzaqdır. Bu adamlar ancaq “biz də varıq” prinsipini qorumaq üçün danışırlar. Onların xalq və millət adlı bir qayğıları yoxdur. Onlar üçün xalq övladları, dövlət isə evləridir.

KONKRET.az-ın Analitik qrupu

  • Zakir Binnətli
    İyul 16, 2022 - 04:08

    Elə bu deputatların partiyaları da özlərindən və yaxın dost- əqrəbasından ibarətdir. Belə sırtılmış sifətlərdən Parlament tədricən xilas olmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*