Vətəndaşlar vaksin vurdurmadıqlarına görə bölməyə aparılır? – RƏSMİ AÇIQLAMAbackend

Vətəndaşlar vaksin vurdurmadıqlarına görə bölməyə aparılırlar? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə polis əməkdaşlarının küçədə vətəndaşlara yaxınlaşaraq onların vaksinasiya olunub-olunmadıqlarını yoxladıqlarına dair məlumatlar yayılıb. Yayılan məlumatlarda iddia olunur ki, polislər parklarda və digər ictimai yerlərdə insanlara yaxınlaşaraq peyvənd olunmadıqlarına görə onları polis bölməsinə aparırlar.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Hər hansı formada polis əməkdaşlarının küçədə vətəndaşlara yaxınlaşaraq vaksinasiya olunmalarını tələb etmələrinə dair yayılan iddialar yalandır. Belə hal mövcud deyil”./unikal.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*