Vətəndaşların hərbi xidmətə cəlb olunması ilə bağlı qayda dəyişirbackend

Vətəndaşların hərbi xidmətə cəlb olunması ilə bağlı qayda dəyişir

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif olunan dəyişikliyin qəbulu nəticəsində müddətli həqiqi hərbi xidmətə çağırış prosesində şəffaflığım və vətəndaş məmnunluğunun artırılması, çağırışçılarım sağlamlıq vəziyyətinin daha dəqiq dəyərləndirilməsi üçün zəruri şəraitin yaradılması, qeyd olunan fəaliyyətin elektron informasiya sistemləri vasitəsilə təşkili və icrası proqnozlaşdırılır.Xatırladaq ki, Prezident İlham Əliyevin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 6 oktyabr 2023-cü il tarixli fərmanına əsasən, gələn il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Yekun tibbi müayinənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılması, yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsinin nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi üzərindən həyata keçirilməsi nəzərdə tutulub.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Nahid
    Dekabr 6, 2023 - 20:43

    Salam, men 156E bəndi ilə təxris olunmuşam yenidən orduya qayıtmaq istəyirəm. Necə düzəldə bilərəm kömək edə bilən varsa zəhmət olmasa əlaqə saxlayın 055 849 29 57

  • Elvin
    Dekabr 7, 2023 - 15:06

    Veteranlarin 80azn Pensiyasi qalxacaq? Gelen ilin yanvar ayinnan?

  • Yasa
    Dekabr 7, 2023 - 21:29

    Qaqa bizim ele yari di q qaldin sen get fe h l e isle

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*