“Xalq üçün ən dəhşətli sınaqlardan biri torpağını itirməkdir”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə qondarma rejimin nümayəndəsi David Babayan deyib. Babayan hesab edir ki, bu, hər xalqın yaşaya bilməyəcəyi fəlakətdir: “Müharibədə məğlubiyyət nəticəsində vətəni itirmək bir şeydir, öz torpağından könüllü və şüurlu şəkildə imtina etmək, könüllü təslim olmaq isə tamam başqadır”, – deyə babayan vurğulayıb.
“Yəhudilər mübarizədən sonra vətənlərini itirdilər, amma heç vaxt ondan əl çəkmədilər, satmadılar, vicdanları ilə sövdələşmədilər, hətta dünyanın dörd bir yanına səpələndilər. Və nəhayəət onlar bu fürsəti əldə etdilər. Biz də vətənimizi, onun müxtəlif hissələrini itirmişik. Ancaq öz vətənini şüurlu və könüllü tərk edən xalq onu heç vaxt geri qaytara bilməyəcək. Bizim “Artsax”ı xilas etmək imkanımız var. Amma biz düşmənin gücündən qorxmamalıyıq”, – deyə Babayan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az