Veteranlara verilən 80 manatı artırmaq fikriniz var?backend

Veteranlara verilən 80 manatı artırmaq fikriniz var?

“Çox təəssüf ki, qaldırdığımız suallara cavab ala bilmirik. Gözləyirdim ki, bu gün nazir müavinləri hazırlıqlı gəliblər və bizim suallarımıza cavab verəcəklər”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

“Müharibə veteranlarına verilən 80 manatla bağlı Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müzakirə edibmi? 80 manatı artırmaq fikriniz var? Bunu bilməliyik. Əhali ilə işləyən millət vəkilləridir. Harda görüşdə olsaq, müharibə veteranları bu sualı verirlər. Biz isə suallarımıza cavab tapa bilmirik”, – deyə deputat bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*