“Ermənistan kənardan idarə olunan ölkəyə çevrilib. Ölkədə baş verən istənilən proses xarici qüvvələrin böyük layihəsi çərçivəsində reallaşır”.
KONKRET.az xəbər verir ki, bunu erməni siyasi ekspert Armen Badalyan deyib:
“Ermənistanda növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəyinə Ermənistandan kənarda qərar veriləcək. Bu qərar anqlosaks mərkəzindən gələcək. Hazırkı mərhələdə növbədənkənar seçkilərin keçirilməsi ehtimalı azdır. Çünki parlamentin bu tərkibi hazırda anqlosakson mərkəzinin planında nəzərdə tutulan vəzifələri tam yerinə yetirir. Ancaq vəziyyət hər an dəyişə bilər”.
Vəli Həsənov,
KONKRET.az