Vilayət Eyvazov “Bandotdel”in rəis müavinini işdən çıxardıbackend

Vilayət Eyvazov "Bandotdel"in rəis müavinini işdən çıxardı

Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.

KONKRET.az BakuPost-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Teyyub Müseyibovun tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

Polkovnik yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.

T. Müseyibov bu vəzifəyə 2014-cü ildə təyin olunub.

Ona qədər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.

Bir cavab yazın