Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinə yeni rəis təyin edib.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, nazirin əmri ilə Mingəçevir şəhər polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu vəzifəsindən azad edilərək həmin vəzifəyə gətirilib.
Qeyd edək ki, bir müddət öncə şöbənin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunaraq təqaüdə göndərilmişdi.