Volodin: “Deputatlar toxunulmaz deyil, xüsusi hərbi əməliyyatda iştirak edib kömək etməlidirlər”backend

Volodin: "Deputatlar toxunulmaz deyil, xüsusi hərbi əməliyyatda iştirak edib kömək etməlidirlər”

“Deputatlar toxunulmaz deyil, qismən səfərbərlik tələblərinə cavab verənlər xüsusi hərbi əməliyyatda iştirak edərək kömək etməlidirlər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. Volodin ölkədə qismən səfərbərliyə dair jurnalistlərin suallarını cavablandırıb.

“Bu gün bizim əsgər və zabitlərimizə qarşı təkcə silahlı nasist birləşmələri deyil, həm də NATO qüvvələri döyüşür. Ukraynada NATO təlimatçıları, NATO muzdluları, NATO texnikası, silah-sursatları. və s.. Təmas xətti min kilometrdən artıqdır.

Böyük Vətən Müharibəsi illərində Ukrayna ərazilərini nasistlərdən azad etmək üçün 4 cəbhə fəaliyyət göstərirdi. Aydındır ki, Silahlı Qüvvələrimizin sayını artırmaq lazımdır”, – Volodin deyib.

O əlavə edib ki, 300 min ehtiyatda olan hərbçi – xidmət keçmiş, döyüş təcrübəsi olan, tələb olunan hərbi ixtisasa malik olanlar səfərbərliyə cəlb olunurlar.

Spiker deputatların toxunulmazlığına aydınlıq gətirib.

“Deputatlar toxunulmaz deyil. Qismən səfərbərlik tələblərinə cavab verənlər xüsusi hərbi əməliyyatda iştirak edərək kömək etməlidirlər”, – deyə o bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*