Vurğun Əyyub adına təqaüd təsis edildi: Hansı tələbələr onu ala bilər?backend

Vurğun Əyyub adına təqaüd təsis edildi: Hansı tələbələr onu ala bilər?

Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulu prosesinə rəhbərlik edən və ötən ay vəfat edən Vurğun Əyyub adına təqaüd proqramı təsis edilib.
Təqaüd proqramının məqsədi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri, Azərbaycan təhsilinin inkişafına böyük töhfələri olan Vurğun Əyyubun adını yaşatmaqdır.
Bu məqsədlə təqaüd proqramına müraciətləri qiymətləndirmək üçün Təqaüd Komissiyası təşkil edilib. Komissiya müraciətləri qiymətləndirərək 10 ay müddətində təqaüdlər veriləcək. Hər təhsil ilində təqaüdçü sayı və məbləğində dəyişiklik olacaq.
Qeyd edək ki, təqaüd proqramı 2019-2020-ci il təhsil ilində başladılacaq.Təqaüd proqramına Azərbaycan və xaricdə təhsil alan Azərbaycan vətəndaşı tələbələr müraciət edə bilərlər.
Vurğun Əyyub adına təqaüdü bu tələbələr ala bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*