Vyanada baş verən teraktla əlaqədar şübhəli şəxsin yaxın çevrəsindən 14 nəfər saxlanılıb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avstriyanın Daxili İşlər naziri Karl Nexammer deyib.
Nazirin sözlərinə görə, şübhəlinin evi ilə yanaşı, daha 18 ünvanda axtarışlar aparılıb.
