“Bir sıra xarici KİV-lər mütəmadi olaraq Ermənistandakı daxili siyasi vəziyyətə toxunurlar. Ermənistandakı hadisələr “The Washington Post”, “ABC News”, “Independent”, “San Francisco Chronicle” və “Houston Chronicle” kimi KİV-lərin diqqət mərkəzinə çevrilib”.
KONKRET.az xəbər verir ki, bu sətirlər “Aysor.am” erməni nəşrindən götürülüb.
Nəşr daha sonra yazır ki, “Xarici KİV-lər Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyalarından yazırlar. Onlar qeyd edirlər ki, erməni tənqidçilərin fikrincə, Paşinyan 10 noyabrda milli maraqlara xəyanət kimi qəbul edilən üçtərəfli bəyanat imzaladıqdan sonra bir etiraz dalğası meydana gəlib”.
Qəzetlər yazır: “Paşinyan tərəfindən imzalanan müqaviləyə əsasən, Dağlıq Qarabağın əhəmiyyətli bir hissəsi Azərbaycana qaytarılıb”.
Məsələn, “Washington Post” qəzeti Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyana istinadən yazır: “Tamamilə uğursuzluğa düçar olan hazırkı hökumət dərhal istefaya getməli və siyasi qüvvələrə, heç olmasa, vəziyyəti yaxşılaşdırmaq üçün fürsət verməlidir. Paşinyanın istefası bizim ləyaqətimizi xilas etməyə kömək edəcək”.
“Washington Post” elə məqalənin başlığını da belə seçib: “Paşinyanın istefası ermənilərin milli ləyaqətini xilas edəcəkmi?”.
KONKRET.az
