Xaçmazda nəqliyyat vasitəsi kanala düşüb.
KONKRET.AZ-ın Şimal bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında Xan kanalının Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisindən keçən hissəsində baş verib.
Həmin ərazidən keçən 38 BX 961 dövlət nömrə nişanlı “VAZ 2109” markalı avtomobil idarəetməni itirərək kanala düşüb.
Sürücünün adı məlum deyil və avtomobildə tək olub. Hadisə zamanı sürücü üzərək sudan çıxa bilib. Lakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda xilasetmə işləri üçün FHN-nin xilasetmə qrupları hadisə yerinə yollanıb.
Müxbir: Cəlal FƏRZƏLİYEV
