Xaçmazda istirahət mərkəzində qadının ölməsi ilə bağlı araşdırma aparılır – RƏSMİbackend

Xaçmazda istirahət mərkəzində qadının ölməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ

Xaçmazda istirahət mərkəzində qadının ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə KONKRET.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib iyulun 2-si saat 17 radələrində 1963-cü il təvəllüdlü Xanım Tağıyevanın Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birində ölməsi faktı ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən ediləcək.

Hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*