Xaçmazda minik avtomobilləri toqquşdu, xəsarət alanlar varbackend

Xaçmazda minik avtomobilləri toqquşdu, xəsarət alanlar var

Xaçmaz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın verdiyi məlumata görə, hadisə Xaçmaz-Bakı yolunun Qobuqırağı bələdiyyəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” və “VAZ 21012” markalı minik avtomobilləri toqquşub.

Nəticədə, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirilib, hazırda ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*