Xaçmazın bu kəndində sakinlər qorxu içində yaşayırlar – VİDEObackend

Xaçmazın bu kəndində sakinlər qorxu içində yaşayırlar - VİDEO

Xaçmazın Arzu kəndinin sakinləri sözün əsl mənasında təhlükəli vəziyyətlə üz-üzədir. Buna səbəb isə Kənddə olan elektrik ayırıcısının təhlükə saçmasıdır.

KONKRET.az-ın şimal bürosunun xəbərinə görə, sakinlər deyir ki, hətta kəndin elektrik dirəkləri də yararsız vəziyyətdədir. Belə ki, elektrik dirəklərindən biri aşdığından, digəri ona dayaq kimi basdırılıb. Bu isə təhlükəli vəziyyət yaradır. Ona görə də,  kənd sakinləri qorxu içində yaşayırlar.

Sakinlər elektrik ayırıcısının açıq olması səbəbindən ətrafda oynayan uşaqlar üçün də təhlükə yaratdığını bildirirlər. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, heç bir tədbir görülmədiyini dilə gətirirlər.

Məsələ ilə bağlı danışan kəndin Bələdiyyə sədri Faiq Məhərrəmov da problemdən xəbərdar olduqlarını bildirib. O, dəfələrlə “Azərişıq” ASC-nin Xaçmaz rayon şöbəsinə müraciət etdiyini, lakin heç bir faydası olmadığını vurğulayıb.

Mövcud peoblemlə bağlı “Azərişıq” ASC-nin Xaçmaz Regional Elektrik şəbəkəsindən əraziyə nümayəndə göndəriləcəyini və məsələnin həllini tapacağını bildiriblər.

Ümid edirik ki, heç bir hadisə baş vermədən aidiyyatı qurumlar məsələyə məsuliyyətlə yanaşaraq problemi tez bir zamanda aradan qaldıracaqlar.

Emin Kərimov

KONKRET TV

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*