Xalidə Bayramovanın yerinə təyinat oldu – FOTOLARbackend

Xalidə Bayramovanın yerinə təyinat oldu - FOTOLAR

Səbail Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

KONKRET.az xəbər verir ki, bununla bağlı Səbail RİH başçısı əmr imzalayıb.

Əmrə əsasən RİH başçısının müavini Şixəmmədov Vüqar Nurməmməd oğlu RİH başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.

Digər əmrə əsasən RİH başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həşimova Kəmalə Ləzgi qızı Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, daha əvvəl Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova olub. O, ötən ay vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*