Xamenei Trampı TƏHDİD ETDİ: “ABŞ-ın bu bazalarını MƏHV EDƏCƏYİK”backend

Xamenei Trampı TƏHDİD ETDİ: "ABŞ-ın bu bazalarını MƏHV EDƏCƏYİK"

İran Silahlı Qüvvələrinin “Xatam əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi, polkovnik İbrahim Zülfüqari ABŞ-ın Fars körfəzinin cənub hissəsində yerləşən hərbi bazalarını hədələyib.

KONKRET.az xəbər verir ki, yaxın vaxtlarda bölgədəki bütün Amerika hərbi bazaları istismardan çıxarıla bilər.

Zülfüqarinin sözlərinə görə, son 24 saat ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından heç bir gəminin keçməsinə imkan verməyib.

“Son 24 saat ərzində SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından bir dənə də olsun gəminin keçməsinə icazə verməyib. Yaxın gələcəkdə Fars körfəzinin cənub hissəsində yerləşən bütün Amerika hərbi bazaları istismardan çıxarılacaq”, – deyə o, vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*