“İranın müvafiq hərbi və dövlət orqanları İsrailə cavab verməyə hazırlaşır və İsrailin hesablamalarını tənzimləmək prinsipi qüvvədə qalır”.
KONKRET.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bunu İranın ali rəhbərinin müşaviri Əli Laricani deyib.
O, əlavə edib ki, hərbi rəsmilər hazırda bu işlə məşğul olurlar. Belə ki, bu, milli təhlükəsizliklə bağlı olduğu üçün diqqət və müəyyən qədər məxfilik tələb edən məsələdir.
KONKRET.az