“Xankəndi danışıqları “Minsk Qrupu”nun himayəsi altında aparmaq istəyir” – Tovmasyanbackend

"Xankəndi danışıqları "Minsk Qrupu"nun himayəsi altında aparmaq istəyir" - Tovmasyan

“Xankəndi ATƏT-in “Minsk Qrupu”nun himayəsi altında danışıqlar prosesini davam etdirməyin tərəfdarıdır”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı separatçı rejimin qondarma “parlament”inin “spiker”i Artur Tovmasyan deyib. O bildirib ki, Qarabağ məsələsində münaqişə tərəflərinin əks mövqelərinə baxmayaraq, Xankəndi ATƏT-in ölmüş “Minsk Qrupu”nun himayəsi altında danışıqlar prosesini davam etdirməyə meyllidir.

“Bu gün, Qarabağın təhlükə altında olduğu bir vaxtda, Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi perspektivi münaqişənin yekun həlli məsələsidir. Bizim bu mövqeyimiz Cənubi Qafqazda regional maraqlarını güdən ölkələrə aydın olmalıdır. Beynəlxalq ictimaiyyət Qarabağ ermənilərinin tələbinə hörmətlə yanaşmağa borcludur. Çünki bu, beynəlxalq hüququn fundamental prinsip və normalarına uyğundur”, – deyə Tovmasyan bildirib.

Onun sözlərinə görə, Azərbaycanın nəzarətində olan ərazilərdə erməni “mədəni-mənəvi irsi”nin qorunması, o cümlədən monitorinqin təşkili olmadan münaqişənin həlli, regionda davamlı və sabit sülh mümkün deyil.

“Azərbaycan hələ də 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarına əməl etmir. Biz Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi və təhlükəsizliyi üçün aparılan Qarabağ “azadlıq müharibəsi”nin nəticələrini qorumaq və problemin sülh yolu ilə və ədalətli həllinə nail olmaq üçün səylərimizi davam etdirəcəyik”, – deyə Tovmasyan sərsəmləyib.

Onun sarsaqlamalarına görə, hazırda prioritet vəzifə Qarabağın etibarlı təhlükəsizliyini təmin etməkdir.

“Biz Rusiyanın bu məsələyə münasibətini və atılan əməli addımları xüsusilə yüksək qiymətləndiririk. Mürəkkəb və gözlənilməz geosiyasi vəziyyətə tab gətirmək üçün milli birlik və həmrəylik vacibdir”, – Tovmasyan deyib.

P.S. “İt ağac kölgəsində yatar, elə bilər öz kölgəsidir”. 30 il rusun kölgəsində sinəsinə döyən dığalar 44 günə məhv oldular. 30 il “Minsk Qrupu” deyilən bu “qurum”un “fəaliyyəti”ni bütün dünya gördü. Onların nə işə yaradıqlarını biz görmədik. Ermənilərin adı olub, özü olmayan “Minsk qrupu”na sevgisini anlamaq olar. Axı orada Fransa var, ələkçinin qıl verəni…

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*