“Xaricdə dondurulmuş valyuta aktivlərimizin bir qismi sərbəst buraxılacaq” – İran rəsmisibackend

“Xaricdə dondurulmuş valyuta aktivlərimizin bir qismi sərbəst buraxılacaq” - İran rəsmisi

“Bizim üçün önəmli olan ölkə iqtisadiyyatının dirçəldilməsi və milli maraqlarımızın qorunmasıdır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

XİN sözçüsü İranın xaricdə dondurulmuş bəzi aktivləri ilə bağlı belə deyib:

“Xaricdə dondurulmuş valyuta aktivlərimizin bir qismi tezliklə sərbəst buraxılacaq. Valyuta məbləğinin necə və hansı yolla sərbəst buraxılacağı ilə bağlı razılıq əldə olunub”.

ABŞ-ın İrana qarşı sanksiyalarının sona çatmasının vacib olduğunu və bu çərçivədə danışıqları davam etdirəcəklərini bildirən Xətibzadə, “ABŞ-ın İrana qarşı bütün maksimum təzyiq siyasətləri aradan qaldırılmalıdır. Vaşinqton administrasiyası ilə bəzi məsələləri nüvə sazişi çərçivəsində müzakirə etdik” – deyə əlavə edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*