Xarkov atəşə tutuldu – Ölən və yaralılar varbackend

Xarkov atəşə tutuldu - Ölən və yaralılar var

Rusiya ordusu Ukraynanın şərqində yerləşən Xarkov şəhərini atəşə tutub.

KONKRET.az xəbər verir ki, zərbələr nəticəsində ölən və yaralılar var.

Xarkov qubernatoru Oleq Sinequbov “Telegram”da 1999-cu il təvəllüdlü bir mülki şəxsin həlak olduğunu bildirib.

Xarkov meri İqor Terexov isə qeyd edib ki, şəhərin cənubundakı Osnovyanski rayonunun atəşə tutulması nəticəsində ümumilikdə 7 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*