Xasbulatov: “SSRİ-nin dağılmasına ermənilərin Qarabağa əsassız iddiası SƏBƏB OLUB” – VİDEObackend

Xasbulatov: "SSRİ-nin dağılmasına ermənilərin Qarabağa əsassız iddiası SƏBƏB OLUB" - VİDEO

Sovet Rusiyasının Ali Şurasının sonuncu sədri Ruslan Xasbulatov vəfat edib. O, vaxtilə Qarabağda müharibəyə görə erməniləri günahlandırıb, Azərbaycanın müdafiəsi üçün çıxış edib.

KONKRET.az xəbər verir ki, Ruslan Xasbulatov dünən axşam saatlarında Moskva ətrafındakı villasında dünyasını dəyişib.

Xasbulatov çeçenlərin yaddaşında necə qalacaq deyə bilmərik, amma ermənilər onu yaxşı xatırlayırlar. Dünəndən erməni seqmenti mərhumu söyməklə məşğuldur.

Xasbulatovun ermənilərə “od qoyan” çıxışını təqdim edirik:

“Sovet İttifaqına ən böyük, ölümcül zərbəni ermənilər vurdu. Təəssüf ki, onlar burada bir şeyi başa düşmək istəmirlər. Ermənistan özgə torpaqlarını ələ keçirmək üçün Azərbaycanla müharibəyə başladılar. Orada ermənilərin çoxluq təşkil etməsinə baxmayaraq, qanunla Qarabağ Azərbaycan torpağı idi. Ermənilər bunu sülh yolu ilə yox, silahla həll etmək istədilər.

Zaqafqaziya cəbhəsi parçalandı. Əksəriyyət Ermənistanın tərəfini tutdu, digərləri Bakını dəstəklədi.

Bu vəziyyətdə müttəfiq mərkəz (Qorbaşov) münaqişə tərəfləri üçün mütləq, qeyri-mümkün dözümlülük nümayiş etdirdi. Hansı ki, burada yalnız asayişi ciddi şəkildə bərpa etmək lazım idi. Çox sərt və odlu silahdan istifadə etməklə, bir neçə nəfəri tutmaqla həll etmək olardı”.

Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*