Xəbəri olmadan işə götürüldü – Maaşını isə başqası alırbackend

Xəbəri olmadan işə götürüldü – Maaşını isə başqası alır

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Abşeron Rayon Məşğulluq Mərkəzi vətəndaşın xəbəri olmadan onun adına VÖEN açaraq xidmət müqaviləsi bağlayıb.

KONKRET.az-ın məlumatına görə, məsələ ilə bağlı unikal.org-a danışan Timur Səmədov deyib ki, özünün xəbəri olmadan işlə təmin olunduğunu və 250 manat dəyərində maaş aldığını yeni öyrənib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işsiz şəxslər üçün pandemiya ilə əlaqədar ayırdığı 190 AZN məbləğində yardım üçün mən də müraciət etmişdim. Birinci ay 190 manatı aldım. İkinci ay isə SMS gəldi ki, adıma əmək müqaviləsi var. Nazirliyə müraciət etdim. Orada mənə bildirdilər ki, adıma VÖEN var, bu səbəbdən də mənə ödəniş olunmayacaq. Guya Abşeron Rayon Məşğulluq Mərkəzində nəzarətçi kimi işə götürülmüşəm və 250 AZN əməkhaqqı alıram. Bəs mənim bundan niyə xəbərim yoxdur, əməkhaqqımı kim alır? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən həmin mərkəzə müraciət etməyimi bildirdilər. Abşeron Rayon Məşğulluq Mərkəzindən isə heç bir məlumat ala bilməmişəm”.

  • Arzu.
    İyun 19, 2020 - 08:07

    Adma mawin olmaya olmya mawn yazdlar .yoldawmdi tek iwleyen .oglum turkiyede oxuyur onun tehsil haqqi kiraye qalrq ev pulu yemek pulu iki esger boydurem evde seher deyecek ver esger aparm amma surne surne uwaq saxliyurq .coxda ele iw guc var idi millet yaman dolanrdi karona karantinide bogazmza burdan cokdu nedi bu camaatin cekdiyi karantin demrsiz oturruqda evde insankimi camatin pulnu verin otrsun bezmiwik vallah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*